Azərbaycan diliAZ Русский ЯзыкRU

Институт Инноваций - Центр по подготовке специалистов для инновационной деятельности

Xəbərlər

Barəmizdə

Texnologiya

Necə qəbul olmalı

Ali təhsil

Kollec

Kurslar

Tərəfdaşlar

Hüquqi baza

Layihələr

Əlaqə

Bundan belə bizim layihəmiz özəl deyil, dövlət layihəsidir

2007-2009-cu illərdə Azərbaycanla Rusiya azasında humanitar sahədə dövlətlərarası əməkdaşlıq proqramına müvafiq olaraq, 30 may 2008-ci il tarixində İnnovasiya İnstitutu (İnnovasiya fəaliyyəti üçün mütəxəssislərin hazırlanma mərkəzi) ictimai birliyi Azərbaycanın Ədliyyə Nazirliyi tərəfindən rəsmən qeydiyyatdan keçirilib (şəhadətnamə № 1108-Q21-2522).
Təsisçilərin qərarı ilə İnnovasiya İnstitutu Bakı İnnovasiya Texnologiyaları Mərkəzinin bazasında yaradılıb. Yeni yaradılan qurumun əsas məqsədi Azərbaycan iqtisadiyyatının müxtəlif sahələri və birgə müəssisələr üçün mütəxəssilərin hazırlanmasıdır.
15 oktyabr 2007-ci il tarixində Moskvada keçirilən “Türkiyə-Azərbaycan-Rusiya. Avrasiyada birgə geosiyasi ərazinin yaradılmasında üç ölkənin rolu” adlı konfransda (bu barədə məlumatla aşağıda tanış ola bilərsiniz) layihəyə Türkiyə Respublikasının da qatılması və ictimai birliyimizin bazasında Regional İnnovasiya Mərkəzinin yaradılması barədə qərar qəbul edilib.

Təsisçilərimiz:

Azərbaycan Respublikası tərəfindən:
- - Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi (AzProMo)
- - Bakı İnnovasiya Texnologiyaları Mərkəzi
Rusiya Federasiyası tərəfindən:
- - Rusiya Federasiyasının İqtisadi İnkişaf Nazirliyi(“İnnovasiya”)
Türkiyə Respublikası tərəfindən:
- - Azərbaycan Türkiyə İş Adamları Birliyi (ATİB)

Azərbaycan Türkiyə İş Adamları Birliyi İdarə Heyətinin sədri A. Erentok yeni qeyri-hökumət təşkilatı təsisçilərinin adından Azərbaycan Respublikasının təhsil naziri M. Mərdanova məktub yollayaraq İnnovasiya İnstitutu ilə əməkdaşlıq etməyi təklif etmişdir.
Təhsil Nazirliyinin 07.08.2008-ci il tarixli cavab məktubunda qeyd olunur ki, “... Nazirlik İnnovasiya İnstitutunun yaradılmasını təqdir edir və onun fəaliyyətini dəstəkləməyə hazır olduğunu bildirir...”.
Bundan başqa, İnnovasiya İnstitutuna göndərilən məktubda distant təhsili sahəsində layihələrin birgə işlənib hazırlanması və elektron kitabxananın yaradılmasına başlamaq təklif edilmişdir.


İnnovasiya İnstitutu Təsisçiləri Şurasının qərarı ilə 2008-ci ilin məzunları arasında Azərbaycan və rus dillərini bilmə, eləcə də ümumi erudisiya üzrə müsabiqə keçirilir. İki nəfər qalibə İnstitutun hesabına müvafiq olaraq Anadolu Universitetində (Türkiyə) və Müasir Humanitar Akademiyada (Rusiya) 5 illik pulsuz təhsil almaq imkanı veriləcəkdir.

Müsabiqədə iştirak etmək üçün sənədlərin qəbulu avqustun 25-dək davam edir (attestatın surəti, şəxsiyyət vəsiqəsinin surəti, 2 fotoşəkil-3×4). Müsabiqə avqustun 28-dən sentyabrın 10-dək İnnovasiya İnstitutunun binasında keçirilir (Sabit Rəhman küç., 7).


12.08.2008-ci il tarixində İnnovasiya İnstitutunun ünvanına gələn məktubda bildirilib ki, İnnovasiya İnstitutu İdarə Heyətinin sədri, Avropa Təbiyyat Elmləri Akademiyasının akademiki Fərhad Hidayət oğlu Mehtiyev “Təhsildə informasiya və kommunikasiya texnologiyaları üzrə Beynəlxalq müstəqil akkreditasiya və sertifikasiya agentliyi” qeyri-kommersiya tərəfdaşlığının nəzdindəki Ali ekspert şurasının tərkibinə daxil edilib.

İyulun 15-dən İnnovasiya İnstitutunun (İnnovasiya fəaliyyəti üçün mütəxəssislərin hazırlanma mərkəzi) təhsil tərəfdaşlarının proqramlarına əsasən distant texnologiyası üzrə təhsil almaq üçün sənədlərin qəbulu başlayır.

25 iyun 2008-ci il tarixində Hannover şəhərindən (Almaniya) İnnovasiya İnstitutu İdarə Heyətinin sədri Fərhad Mehtiyevin adına məktub alınıb. Məktubda bildirilir ki, Avropa Elmi Cəmiyyəti Prezidiumunun qərarı ilə İnnovasiya İnstitutuna bu nüfuzlu Avropa təşkilatının Azərbaycan Nümayəndəliyi olmaq hüququ verilir.

16 iyun 2008-ci il tarixində İnnovasiya İnstitutu İdarə Heyətinin sədri Fərhad Mehtiyevlə Milli Məclisin deputatı, Demokratik islahatlar partiyasının sədri Asim Mollazadə Türkiyə Respublikasının IX Prezidenti Süleyman Dəmirəlin qəbulunda olublar.

15 iyun 2008-ci il tarixdə Ankarada Amerikanın “US Turkic Network” şirkətinin baş direktoru A. Bağırovla İnnovasiya İnstitutu İdarə Heyətinin sədri Fərhad Mehtiyev arasında Türkiyə və Azərbaycanda Amerika ali məktəblərinin təhsil proqramlarının yayılmasında əməkdaşlığa dair danışıqlar keçirilib. “US Turkic Network” və İnnovasiya İnstitutunun birgə fəaliyyətinin başlamasına dair razılaşma əldə edilib.

2008-ci il iyunun 14-dən 17-dək Ankarada Azərbaycan-Türkiyə Tarixi Tədqiqatlar Fondunun iclası kekeçirilib. İclasda Azərbaycan Türkiyə İş Adamları Birliyi İdarə Heyətinin üzvü, İnnovasiya İnstitutu İdarə Heyətinin sədri Fərhad Mehtiyev iştirak edib. Numayəndə heyətinin tərkibinə Azərbaycan parlamentinin deputatları, eləcə də ölkəmizin elm və yaradıcı ziyalılarının nümayəndələri daxil olub. Forum iştirakçılarının Türkiyə Parlamentinin Spikeri Köksal Toptanla görüşü keçirilib.

2008-ci ilin fevralında Avropa Elmi Cəmiyyəti və Avropa Təbiyyat Elmləri Akademiyası (Hannover şəhəri, Almaniya) İnnovasiya İnstitutu İdarə Heyətinin sədri Fərhad Mehtiyevə Avropanın Fəxri alimi adının verilməsi,eləcə də elmin inkişafında göstərdiyi xidmətlərə görə Leybnits medalı ilə təltif olunması haqda qərar qəbul ediblər.

22 yanvar 2008-ci il tarixində Moskva şəhərində Bakı İnnovasiya Texnologiyaları Mərkəzinin baş direktoru, “İnnovasiya” müştərək Azərbaycan-Rusiya şirkətinin Direktorlar Şurasının sədri, akademik F. H. Mehtiyev və Rusiya Milli Təhlükəsizlik, müdafiə və hüquq Akademiyasının rektoru V. G. Şevçenko Rusiya Federasiyası ilə Azərbaycan Respublikasında TMHA-nın təhsil proqramlarının birgə həyata keçirilməsi haqqında razılaşmaya imza atıblar.


15 oktyabr 2007-ci il tarixində Moskvada Bakı İnnovasiya Texnologiyaları Mərkəzi, Müasir Humanitar Akademiya və Azərbaycan-Türkiyə İşgüzar Əməkdaşlıq Assosiasiyasının bilavasitə fəal iştirakı ilə “Türkiyə-Azərbaycan-Rusiya. Avrasiyada birgə geosiyasi ərazinin yaradılmasında üç ölkənin rolu” adlı konfransı keçirilib. Konfransa Bakı İnnovasiya Texnologiyaları Mərkəzinin baş direktoru, akademik F. H. Mehtuyev sədrlik edib.

05.07.2007
1 iyul 2007-ci il tarixindən Moskva şəhərində Müasir Humanitar Akademiya və Bakı İnnovasiya Texnologiyaları Mərkəzinin birgə təsis etdiyi “İnnovasiya” şirkəti fəaliyyətə başlayıb. Şirkət Moskvada yaşayan azərbaycanlıların distant texnologiyaları əsasında doğma dillərində təhsil almalarını təşkil etmək əzmindədir.

20. 06.2007
İyunda Müasir Humanitar Akademiyanın (MHA) rektoru M. P. Karpenko,MHA-nın Beynəlxalq əlaqələr üzrə depertamentinin direktoru İ. A. Kuperman və Bakı İnnovasiya Texnologiyaları Mərkəzinin baş direktoru F. H. Mehtiyev Türkiyə respublikasına səfər ediblər. Onlar Türkiyə təhsil ocaqlarında bir sıra görüşlər keçirib və əməkdaşlıq haqqında razılığa gəliblər. Türkiyə Respublikasının IX Prezidenti Süleyman Dəmirəl nümayəndə heyətinin öz iqamətgahında qəbul edib

25.06.2007

21 iyun 2007-ci il tarixində aztəminatlı azərbaycanlı ailərindən olan 5 uşaq ABŞ-ın Men ştatında yerləşən İndian/Forest Acres yay düşərgəsinə yola düşüb. Proqram düşərgə sahibləri tərəfindən maliyyələşdirilib. Namizədlərin seçimi və hazırlığını Bakı İnnovasiya Texnologiyaları Mərkəzi həyata keçirib. Bizdə olan məlumata görə, uşaqlar yeni yerdə özlərini əla hiss edib, dil baryerinin öhdəsindən müvəffəqiyyətlə gəlib və Amerika tətillərindən son dərəcə məmnundurlar.

29.05.2007
В2007-ci ilin mayında Bakı İnnovasiya Texnologiyaları Mərkəzinin baş direktoru Fərhad Hidayət oğlu Mehtiyev Təhlükəsizlik problemləri, Müdafiə və Hüquq Akademiyasının həqiqi üzvü seçilib.
Rusiya Təhlükəsizıik problemləri, Müdafiə və Hüquq Akademiyası 1999-cu ildə o vaxtlar Təhlukəsizlik Şurasının katibi vəzifəsində çalaşın V. V. Putinin təşəbbüsü ilə yaradılıb.
Bu akademiyanın ilk həqiqi üzvlərindən ümummilli lider Heydər Əliyev olub.

Həmçinin, Rusiya Federasiyası İctimai Mükafatların Milli Komitəsinin qərarı ilə Rusiya ilə Azərbaycan arasında dostluq və əməkdaşlığın möhkəmləndirilməsində xidmətlərinə görə F. H. Mehtiyev Rusiyanın ali ictimai mükafatı sayılan birinci dərəcəli Böyük Pyotr ordeni ilə təltif edilib.



2007-ci ilin fevralında Bakı İnnovasiya Texnologiyaları Mərkəzi, Müasir Humanitar Akademiya və Az EvtoTel Azərbaycan-Britaniya müştərək müəssisəsinin Azərbaycan əlillərinə - Rusiyanın distant təhsili adlı birgə xeyriyyəçilik layihəsi çərçivəsində 10 əlil tələbə bakalavr proqramı üzrə təhsil almağa başlayıb.